V Respublika sərgisində "Saatlı Gənclər Evi"-də iştirak edib
13 noyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

13 noyabr 2018-ci il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisində "Saatlı Gənclər Evi"-də iştirak edib. Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev,Nazirlik əməkdaşları və gənclər təşkilatlarının nümayəndələri iştirak etdilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.