Binəqədi Gənclər Evində ödənişsiz kompüter dərslərinə start verildi
03 noyabr 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

03.11.2018-ci il tarixindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Binəqədi Gənclər Evində ödənişsiz komputer dərslərinə start verildi. Dərslər İT sahəsi üzrə mütəxəssis Namiq İsrafilov tərəfindən keçirilir və gənclər Ms office proqram paketi, qrafik dizayner, web dizayner, web proqramlaşdırma və mühasibatlıq istiqamətlərində uyğun qruplara bölünərək dərslərdə iştirak edirlər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.