Binəqədi Gənclər Evində “Əsas Həyat Bacarıqları 2” layihəsinin yuxarı yaş qrupları üzrə bağlanış mərasimi
03 noyabr 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

03.11.2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Gənclər Evi və UNİCEF-in birgə təşkilatçılığı ilə reallaşdırılan "Əsas Həyat Bacarıqları 2" layihəsinin yuxarı yaş qrupları üzrə son təlimi və bağlanış mərasimi baş tutub.

Qeyd edək ki, layihənin gedişatında 16 müxtəlif mövzuda təlimlər keçirilib, iştirakçılar müxtəlif qrup işləri və rol oyunlarında keçirilən mövzulara daha dərindən yanaşmağa çalışıblar.

Layihənin bağlanış mərasimində ümumi gedişatı və maraqlı xatirələri özündə birləşdirən hesabat videoçarxı nümayiş etdirilib daha sonra iştirakçılar layihə ilə bağlı təsüratlarını paylaşıblar.

Sonda Binəqədi Gənclər Evinin direktoru Sənan Əliyev bu layihənin yuxarı yaş qrupları üzrə 2-ci qrupunun məzunlarına sertifikatları təqdim edib və ənənəyə uyğun olaraq xatirə fotosu çəkilib.

Qeyd edək ki, yuxarı yaş qrupları üçün təlimlər Binəqədi Gənclər Evinin metodisti Mahmud Məmmədzadə tərəfindən keçirilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.