83 nömrəli məktəb-liseyində Binəqədi Gənclər Evinin təqdimatı reallaşdırılıb
02 noyabr 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

02.11.2018-ci il tarixində 83 nömrəli məktəb-liseyində 9-11-ci sinif şagidləri üçün Binəqədi Gənclər Evinin tədimatı keçirilib.

Təqdimat zamanı məktəblilərə Binəqədi Gənclər Evinin fəaliyyət istiqamətləri, reallaşdırılan layihələr barədə məlumatlar verilib, onların sualları cavablandırılıb.

Görüşün sonunda şagirdlərdə mərkəzin fəaliyyəti ilə bağlı daha geniş rəy formalaşması üçün onların Binəqədi Gənclər Evinə ekskursiyasının təşkili ilə bağlı təklif gündəmə gəldi və ən ısa müddətdə reallaşdırılması üçün razılıq əldə edildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.