“Conversation club” ingiliscə ünsiyyət dərsi
04 noyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

04 Noyabr 2018-ci il tarixdə Şirvan Gənclər Evində İngilis dili dərnəyinin təşkilatçılığı ilə “Typical Azerbaijanians” mövzusunda növbəti ünsiyyət dərsi təşkil olundu. Ünsiyyət klubunda İngilis dili dərnəyinin üzvləri və İngilis dili biliklərini yaxşılaşdırmaq istəyən gənclər iştirak etdi. Şirvan Gənclər Evi hər həftənin bazar günləri hər bir gənci “Conversation cluba” dəvət edir. Gəlin ingiliscə danışaq və inkişaf edək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.