Sumqayıt Gənclər Evində keçirilmiş “9 Noyabr Dövlət Bayraq günü” adlı tədbir
07 noyabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt Gənclər Evində Dövlət Bayraq günü qeyd olunmuşdur.

07 Noyabr 2018- ci il tarixdə Sumqayıt Gənclər Evində 9 Noyabr Dövlət Bayraq günü münasibətilə bədii tədbir keçirilmişdir. Ümumilikdə 200-ə yaxın iştirakçısı olan tədbirdə şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərən təşkilatlar, ictimai fəal gənclər də iştirak etmişdir.

Tədbirin əvvəlində Dövlət himni səsləndirilmiş və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hərbi and içmə mərasimi nümayiş etdirilmişdir.Daha sonra Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva çıxış edərək hər kəsi Bayraq günü münasibətilə təbrik etmiş bayrağımızın yaranması tarixindən,onun əhəmiyyətindən uğrunda canından keçən vətənpərvər övladların qəhramanlığından və dovlət tərəfindən gənclər üçün yaradılan şəraitdən, dövlət gənclər siyasətindən bəhs etmişdir. Tədbirin qonaqları olan Sumqayıt Şəhər Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid ailələri İctimai Birliyin Sədri Tərlan Hacızadə və Sumqayıt şəhər Gənclər və İdman Baş Idarəsinin gənclər üzrə sektor müdiri Ceyhun Hüseynov da çıxış edərək Bayraq günü münasibətilə gənclərin bayramlarını təbrik etmiş və vətənpərvər ruhda böyüyən gənclərə uğurlar arzulamışlar. Dövlət bayrağımızın yaranması və onun tarixindən bəhs edən video çarx nümayiş etdirildikdən sonra gənclərimiz tərəfindən kiçik səhnələr nümayis etdirilmiş, milli qəhrəmanlar haqqında ətraflı məlumatlar verilmişdir. Daha sonra istedadlı gənclərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, gitarada musiqilər ifa edilmiş və milli rəqslər təqdim olunmuşdur.Tədbirin sonunda gənclərlə birgə xatirə şəkilləri çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.