“Üç rəngli bayrağım” adlı şeir müsabiqəsi
08 noyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

08 Noyabr 2018-ci il tarixdə 9 Noyabr-“Dövlət Bayrağı Günü”nün qeyd edilməsi və gənclər arasında vətənpərvərlik , dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hislərinin aşılanması məqsədilə “Üç rəngli bayrağım” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə Gənclər Evinin könüllüləri, orta ümumtəhsil şagirdləri və tələbə gənclər iştirak etdilər. Müsabiqənin qaliblərini müəyyənləşdirmək Münsiflər heyətinə həvalə edildi. - Nəmini Nəmidə - Şirvan şəhər Mədəniyyət evinin direktoru - Fərzəliyeva Aynur - Heydər Əliyev Mərkəzinin direktoru - Qədimov Nurlan - Şirvan Gənclər Evinin Ədəbiyyat dərnəyinin rəhbəri, gənc yazar İştirakçılar münsiflər heyəti tərəfindən 0-10 ballıq qiymətləndirmə sistemi ilə qiymətləndirildi və 25 balla Əkbərova Ülkər Qahir qızı birinci yerə layiq görüldü.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.