Gənclərin motivasiyası
25 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində fəaliyyət göstərən Rus dili danışıq klubunda “Bir plus bir” filminin müzakirəsi keçirilib. Gəncləri motivasiya etmək, hər bir şəraitdə pozitiv olmağı öyrətmək filmin seçilməsinin əsas məqsədini təşkil edib. Gənclərə müxtəlif düşündürücü suallar ünvanlanıb, rus dilində diskussiya aparılıb. Qeyd edək ki, rus dili üzrə danışıq klubu həftənin III-V-VI günləri saat 15:00-dan 17:00-dək keçirilir. Rus dilində danışıq qabiliyyətini inkişaf etdirmək istəyən gəncləri klubumuzda fəal iştirak etməyə dəvət edirik.   "GƏNCLƏR EVI" FƏALIYYƏT GÖSTƏRƏN RAYONLARDAN OLAN YARADICI GƏNCLƏR ÜÇÜN KINO OPERATORU, KİNO REJİSSORU VƏ MONTAJÇI SƏNƏTLƏRİ ÜZRƏ TƏLIMLƏRin PROQRAMI (yüklə)-->

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.