Gənclər rus dili üzrə danışıq klubu təşkil ediblər
28 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə 27 oktyabr 2018-ci il tarixində tədbir keçirilib. “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliği məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutan tədbirdə “Şəhadət” sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra gənclər arasında mövzunun müzakirəsi aparılıb, mövzunu əks etdirən rəsm sərgisinə baxılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.   "GƏNCLƏR EVI" FƏALIYYƏT GÖSTƏRƏN RAYONLARDAN OLAN YARADICI GƏNCLƏR ÜÇÜN KINO OPERATORU, KİNO REJİSSORU VƏ MONTAJÇI SƏNƏTLƏRİ ÜZRƏ TƏLIMLƏRin PROQRAMI (yüklə)-->

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.