AvroMed imtahan keçirib
22 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“AvroMed” Səhmdar Cəmiyyəti Mingəçevir Filialının təşkilatçılığı ilə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində şəxsi apteklərin əczaçı və təcrübəçiləri üçün bilik-səviyyə ölçmə imtahanı keçirilib. İmtahan şəxsi apteklərin satış müdiri Elnur Əliyev tərəfindən təşkil olunub. Əczaçılıq fəaliyyətinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan imtahanda ümumilikdə 71 nəfəriştirak edib. İmtahandan əvvəl Elnur Əliyev iştirakçılara imtahanın keçirilmə məqsədi və gedişatı haqqında məlumat verib, əczaçılıqla bağlı öz düşüncələrini bölüşüb. İmtahanda sual kitabçaları A və B olmaqla iki varianta bölünüb. Dərman vasitələrinin satış adları, əsas təsiredici maddələri, analoqları, həmçinin dərman formaları ilə bağlı suallar kitabçalarda öz əksini tapıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.