“Sağlam gələcək naminə sağlam ol” adlı layihənin birinci mərhələsi uğurla yekunlaşdırılmışdır.
29 oktyabr 2018 | Saatli rayonu, Azərbaycan Respublikası

29 oktyabr 2018-ci il tarixində “Sağlam gələcək naminə sağlam ol” adlı layihənin birinci mərhələsi uğurla yekunlaşdırılmışdır. Bildiyiniz üzrə, tədbirə 08.10.2018-ci il tarixində böyük gözləntilərlə start verilmişdir. Layihənin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, bugünün gələcəyi olan gəncləri zərərli vərdişlərdən yayındırmaq və sağlam həyat yoluna istiqamətləndirməkdir.Bu keçən bir ay ərzində ilk olaraq rayon ümumtəhsil məktəbləriniin bir hissəsi layihədə iştirak etmək üçün dəvət olunmuş və onları sağlam yaşama yönəltmək üçün böyük səylər göstərilmişdir. Onlarla təbliğat xarakterli görüşlər keçirilməklə yanaşı, eyni zamanda fikirləri alınmış və mövcud problemlərini həll etməyə yardımlar göstərilmişdir. Keçən bu möhtəşəm bir ay göstərdi ki, gələcəyimizi yazacaq gənclər sağlam həyat tərzinə nə qədər əhəmiyyət verir. Layihənin birinci mərhələsini yekunlaşdıran “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsi növbəti ayda başlayacaq ikinci mərhələdə də eyni uğurlar qazanmaq ümidi ilə hər kəsə sağlam yaşam, sağlam düşüncə və sağlam gələcək arzulayır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.