Şirvan Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində gənclərlə görüş
27-28 oktyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

27-28 oktyabr 2018-ci il tarixlərdə Şirvan Gənclər Evinin nəzdində fəaliyyətə başlayan Şirvan Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində Şirvan Gənclər Evində görüş, Milli Debat Proqramının təqdimatı və debatın "Karl Kopper" formatı üzrə 2 günlük təlim keçirildi. Təlim Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən Milli Debat Proqramı çərçivəsində həyata keçiriləcək “Respublika Gənclər Debat Forumu:Payız 2018” layihəsi çərçivəsində reallaşacaq "Aran Gənclərinin Regional Debat Forumu: Payız 2018"-ə hazırlıq məqsədi daşıyır. Təlimdə Şirvan Gənclər Evinin debatçı gəncləri və bu sahəyə marağı olan gənclər iştirak etdilər.

yuxarı
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.