Şirvan Gənclər Evi əməkdaşlarının Şirvan Dövlət Humanitar və İqtisadiyyat kollecinin 1 - ci kurs tələbələri ilə görüşü
25 oktyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

25 Oktyabr 2018-ci il tarixdə şəhərimizdə təhsil alan gənclərə Gənclər Evinin fəaliyyəti, gənclər üçün yaradılan imkanlar haqqında məlumat vermək məqsədilə Şirvan Gənclər Evinin əməkdaşları Şirvan Dövlət Humanitar və İqtisadiyyat kollecinin 1 - ci kurs tələbələri ilə görüş keçirdi. Görüşdə könüllülük fəaliyyəti, Gənclər Evinin fəaliyyət istiqamətləri, dərnək və klublar haqqında ətraflı məlumatlar verildi və fəaliyyətimizi əks etdirən bukletlər paylanıldı. Tələbələri maraqlandıran suallar cavablandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.