“Milli Kino Günləri” çərçivəsində “Uzaq sahillərdə” filminin nümayişi
26 oktyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

26 oktyabr 2018-ci il tarixdə Şirvan Gənclər Evinin təşkilatçılığı ilə “ Milli Kino Günləri” çərçivəsində Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar “ Uzaq Sahillərdə” filmi nümayiş olundu. Gənclər Evinin könüllüləri, orta ümumtəhsil şagirdləri və tələbə gənclər filmi seyr etdilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.