Ailə-tibb kursunun tələbələri arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyunu
26 oktyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

26 oktyabr 2018-ci il tarixdə Şirvan Gənclər Evinin nəzdində fəaliyyət göstərən ailə-tibb kursunun tələbələri arasında tibbi mövzuda “Xəmsə” Milli İntellektual Oyunu üzrə bilik yarışması keçirildi. Kursun tələbələri 4 komandaya bölünərək- “Loğman”, “İbn-sina”, “Tibb bacısı”, “Hipokrat” adı altında yarışdılar və “İbn-Sina” komandası yarışın qalibi oldu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.