“İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində ikinci tədbir
26 noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə 26 noyabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində ikinci tədbir keçirilib.

“Uğurlu karyeranın sirləri” mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, ekspert “YARAT” Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hökümə Kərimova, İdarənin rəis müavini Sevinc Süleymanova, layihənin rəhbəri Anar Abdulov və layihə iştirakçıları olan xanımlar iştirak edib.

Tədbirin əvvəlində İdarə rəisi Qüdsi Bayramov tədbir iştirakçılarını salamlayaraq, Binəqədi rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışıb. O, müxtəlif mövzularda həyata keçirilən layihələrin gənclərin dünyagörüşünün artırılmasına, bilik və bacarıqlarının inkişafına təkan verdiyini vurğulayıb, həmçinin ölkəmizdə tikilən Gənclər evlərinin, o cümlədən Binəqədi rayon Gənclər evinin məhz bu baxımdan gənclər üçün böyük töhfə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra ekspert Hökümə Kərimova gənc xanımlarla öz təcrübəsini paylaşıb, uğurlu karyera qurmaq üçün təhsilin vacibliyi qədər şəxsi keyfiyyətlərin də önəmli olduğunu diqqətə çatdırıb, onları maraqlandıran sualları cavablandırıb.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.