3 günlük “İnsan Resurslarının İdarə Olunması” seminarının birinci təlimi
24 oktyabr 2018 | Saatli rayonu, Azərbaycan Respublikası

24 oktybr 2018-ci il saat 10:00 tarixində” Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin təçkilatlığı ilə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin “Vətəndaş Cəmiyyəti və Vətəndaşların Maraqlarının Müdafiəsi Layihəsi” çərçivəsində keçirilən 3 günlük “İnsan Resurslarının İdarə Olunması” seminarının birinci təlimi keçirilmişdir. Tədbirdə 35-dən çox gənc, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları iştirak etmişdi. Tədbiri giriş sözü ilə açan Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev İnsan resurslarının idarə edilməsinin əsasları haqqında danışdı. Daha sonra çıxış edən Layihənin rəhbəri Cəlal Amanov iştirakçılara İnsan resursları haqqında məlumat verdi. Tədbirin gedişində çıxış edən “İnsan resursları”layihəsinin təlimçisi Sadər Mirzəyeva İnsan resursları departamentinin yaradılması, İnsan resurslarının peşəsi, İnsan resurslareının təcrübələri, İnsan resursları departamentinin şöbələri və onların əsas iş funksiyalarını, təlimin məqsəd və vəzifələrini açıqladı. Daha sonra tədbir iştirakçılarının suallarını cavablandırdı. Tədbir 25-26 oktyabr tarixində edavam edəcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.