"Gender və Reproduktiv sağlamlıq" adlı təlimin növbəti mərhələsi başa çatıb
16 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

16 oktyabr 2018-ci il tarixində BMT- nin Əhali Fondunun dəstəyi ilə Y-PEER Azərbaycan təlimçiləri tərəfindən "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsində həyata keçirilən "Gender və Reproduktiv sağlamlıq" adlı təlimin növbəti mərhələsi başa çatıb. Üç gün müddətində həyata keçirilən təlimin son günündə gənclər Gender stereotipləri, diskriminasiya, stiqmalar haqqında məlumat əldə edib, maraqlı nümunələrlə mövzunu mənimsəyiblər. Mövzu üzrə qrup tapşırıqları yerinə yetirilib, tapşırığın nəticələri iştirakçılarla müzakirə olunub. İştirakçılar bu bilikləri hansı şəkildə istifadə edəcəklərini, onlara nə kimi fayda verəcəyi ətrafında öz fikirlərini bölüşüb. Sonda təlimdə iştirak edən gənclərə sertifikatlar verilib

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.