"Friendship" mövzusunda danışıq klubu
19 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsində fəaliyyət göstərən İngilis dili danışıq klubunda növbəti müzakirə mövzusu "Friendship" olub. Mövzu ilə bağlı gənclərə müxtəlif düşündürücü suallar verilərək, onlar arasında ingilis dilində diskussiya keçirilib.

Qeyd edək ki, danışıq klubu cümə günləri saat 16:00-da, çərşənbə axşamları isə saat 14:00-da təşkil edilir. İngilis dilində danışıq qabiliyyətini yaxşılaşdırmaq istəyən gənclərimizi danışıq klubunun işində aktiv iştirak etməyə dəvət edirik.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.