“Əsas həyat bacarıqları” təlimləri yekünlaşır
16 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

16 oktyabr 2018-ci il tarixinde ARGİN, UNICEF və Mingecevir Gencler Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən BasicLifeSkills layihəsinin növbəti təlimi baş tutub. 17-24 yaş arası gənclərlə keçirilən təlimin mövzusu “Başqalarına hörmətlə yanaşma və empatiya” olub. Hörmət mövzusunda qrup müzakirəsi keçirilib, qrupda hörmətin nə olduğu haqqında fikirlər səsləndirilib. Empatiya üzrə keçirilən qrup işi zamanı gənclər özlərini fərqli situasiyalar zamanı qarşısındakı insanın yerinə qoymağa çalışıb. Hiss, düşüncə və davranışı bir-birindən ayırmağı öyrəniblər. İştirakçılara mütərəqqi empatiyanı təcrübə etmək üçün beş əsas mərhələ təqdim olunub. Ev tapşırığı olaraq gənclərə oxuduqları prinsipləri tətbiq etməklə bu həftənin hər günü mütərəqqi empatiyanı təcrübədən keçirmək tapşırılıb, gedişatın izlənilməsi üçün cədvəli doldurmaq istənilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.