“CHE” liqasının III turu üzrə Futbol mövzulu “Xəmsə” oyunu
13 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

13.10.2018-ci il tarixində Mingecevir Gencler Evinin dəstəyi ilə keçirilən #MİOK-un “CHE” liqasının III turu üzrə Futbol mövzulu “Xəmsə” oyunu keçirilib. İştirak edən komandaların yarışma ardıcıllığı püşkatma yolu ilə müəyyən edilib. Yarışın aparıcısı və təşkilatçısı Vüsal Mahmudov iştirakçılara yarışmanın şərtlərini izah etdikdən sonra sualları səsləndirib. Yarışda 9 komanda iştirak edib. Hər turda 3 komanda olmaqla keçirilən oyunda iştirakçılar sualları fərdi şəkildə cavablandırmaqla futbol mövzusunda biliklərini sınayıb və komandalarına yüksək xal qazandırmağa çalışıb. Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb olunması, onlar arasında sağlam rəqabət mühitinin yaradılması, asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən yarışın nəticəsi isə belədir:

Nur liqası: 1. Fenomen 15100
2. Muşketyorlar 1400
3. Go 7900
4. Panteon 5700
5. 3V 4500
6. Everest 4700
7. Legends 2600


Kür liqası
1. Gladiator 5200
2. Light city 2900

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.