“Müstəqilliyimiz Əbədidir” şüarı altında maarifləndirici tədbir
17 oktyabr 2018 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evi və 140 Nömrəli Tam Orta Məktəbin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz Əbədidir” şüarı altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə yeniyetmə gənclər tərəfindən şeirlər səsləndirilmiş, kanon və nağarada ifalar olmuşdur. Bundan əlavə rəqs və musiqi çıxışları da məktəblilər tərəfindən nümayiş olunmuşdur. Tarix fənni üzrə ikinci ali təhsilini alan, Suraxanı rayonunun gənc tarixçisi Kənan Məmmədov öz növbəsində çıxış edərək tədbir iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin tarixi məqamları və keçdiyi inkişaf yolu haqda geniş məlumatlandırmış, hazırladığı videoçarxı da iştirakçılara təqdim etmişdir. Tarixi suallardan ibarət olan viktorinada məktəblilər fəal iştirak edərək, bu mövzuda verilən sualları cavablandırmışlar. Sonda fəal iştirakçılar və viktorinanın qalibi Suraxanı Gənclər Evi tərəfindən diplom `və hədiyyələrlə təltif olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.