”Azərbaycanın hərb tarixi və generallarımız” mövzusunda bilik yarışı
23 noyabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı rayon Gənclər və İdman İdarəsi və rayonun Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 23 noyabr 2016-cı il tarixdə Suraxanı rayon Gənclər Evində "Azərbaycanın hərb tarixi və Generallarımız " mövzusunda breyn-rinq intellektual oyunu keçirilmişdir.

Oyun zonalar üzrə keçirilmiş və 3 mərhələdən ibarət olmuşdur. Məktəblilər yarış zamanı işğal olunmuş torpaqlarımız, Qarabağ müharibəsi zamanı şücaətlə döyüşmüş hərbçilərimiz, müstəqillikdən əvvəl və sonrakı dövrü əhatə edən hərb tariximiz və generallarımız haqqında sualları cavablandırmışdırlar.

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Zəkiyyə Hacıyeva və 87 saylı tam orta məktəbin tarix müəlliməsi Sevil Məmmədsalahova yarış iştirakçılarının nəticələrini qiymətləndirmişlər. Oyunda rayon tam orta məktəblərinin 10-11-ci sinif şagirdlərindən ibarət komandalar yarışaraq, I yeri 290 saylı, II yeri 278 saylı, III yeri isə 104 saylı tam orta məktəblər tutumuşdur.

Qaliblər Suraxanı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.