“Aztəminatlı ailələrə özünə məşğulluğun artırılması” layihəsinin növbəti təlimi
13 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı,“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşlığı və ev sahibliyi ilə keçirilən “Aztəminatlı ailələrə özünəməşğulluğun artırılması layihəsi”nin təlimləri davam edir. 15 nəfərin iştirakı ilə 13.10.2018-ci il tarixində keçirilən təlimin mövzusu “Bir məhsul üzərində maya dəyərinin hesablanması və ya kompleks maya dəyərinin hesablanması” olub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.