“Məzun könüllülərin sertifikatlarının təqdim olunması“ adlı tədbir
13 oktyabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

13.10.2018-ci il tarixdə Sumqayıt Gənclər evində məzun könüllərinin sertifikatlarının təqdim olunması mərasimi keçirilmişdir. Tədbirdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları Sumqayıt Gənclər və İdman Baş İdarəsi, region üzrəYeni Azərbaycan Partiyası, Qızıl Aypara Cəmiyyəti, Sumqayıt Gənclər Klubu və Asan xidmət və 40-a yaxın ictimai fəal gənclər iştirak etmişdir.

Tədbirdə ilk öncə məzun könüllərin fəaliyyətdən ibarət video çarx təqdim olunmuşdur.Tədbiri Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva qonaqları salamlamış, dövlət gənclər siyasətindən, ölkədə gənclərə olan diqqət və qayğıdan Sumqayıt Gənclər evində gənclər üçün yaradılan şəraitdən bəhs etmişdir. Daha sonar Gənclər və İdman Baş Idarəsinin gənclər sahəsi üzrə sector müdiri Ceyhun Hüseynov çıxış edərək gənclərə gələcək fəaliyyətində uğurlar arzulamışdır. Gənclər evində könüllülük fəaliyyətlərini tamamlamış gənclərə sertifikat və hədiyyə təqdim olunmuşdur.

Tədbir zamanı viktorina təşkil olunmuş, bədii əyləncəli oyunlar keçirilmişdir. Həmçinin könüllü gənclər də öz bacarıqlarını göstərərək ,gitarada ifalarını səsləndirmiş və rəqslər nümayiş etmişlər.

Tədbirin sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.