Müstəqilliyin 27-ci ilinə həsr olunmuş “Velo yürüş”
17 oktyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

17 oktyabr 2018-ci il tarixində Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatlığı ilə Müstəqilliyimizin 27-ci ilinə həsr olunmuş “Velo yürüş” keçirildi. Yürüş saat 10:30 radələrində İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül qoymaqla başladı. Yürüşdə 100-dən çox gənc iştirak etmişdir. Yürüş Heydər Əliyev prospektində başlayıb, Saatlı şəhərinin mərkəzi küçələrində velosipetlə dövr etdikdən sonra Saatlı Gənclər Evi sosial xidmət müəsisəsinin qarşısında bitmişdir. Tədbirdə Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev, Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova, Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev, “Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri Etiram Sadıqzadə, Saatlı Gənclər və idman idarəsinin rəisi Elçin Qiyasov, Saatlı Yap təşkilatının sədri Lütfəli Şıxaliyev, Saatlı rayon yol polis xidmətinin, mərkəzi xəstəxananın və KİV-in əməktaşları iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.