Saatlı Gənclər Evi sosial xidmət müəssisəsində “Aktiv Saatlı Aylığı” nın bağlanış mərasimi
19 oktyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

19.10.2018-ci il tarində Saatlı Gənclər Evi sosial xidmət müəssisəsində “Aktiv Saatlı Aylığı” nın bağlanış mərasimi keçirildi.Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətdən danışaraq hər zaman Saatlı gəncliyin ölkə prezidentinin diqqət və qayğısı ilə əhatəlandiyini bildirdi və “Aktiv Saatlı Aylığı”nın uğurlu fəaliyyətindən danışdı.

Daha sonra çıxış edən “Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri Etiram Sadıqzadə layihə çərçivəsində görülmüş işlərdən danışaraq,həyata keçirilmiş layihələr haqqında ictimaiətə geniş məlumat verdi.

E.Sadıqzadə qeyd etdiki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsaslanan bu layihənin əsas məqsədləri yeni fəaliyyətə başlayan Saatlı Gənclər Evinə könüllülərin cəlb olunması,gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək,gənclərin bilik və bacarıqlarının eləcədə təəcrübələrinin artırılmasına nail olmaqdan ibarətdir.

E.Sadıqzadənin verdiyi məlumatlara görə ay ərzində 40-dan çox müəllim, 50-dən çox tələbə, 100-dən çox şagird olmaqla ümumilikdə layihədə 250-dən çox insan iştirak etdi.

Etiram Sadıqzadə çıxışının sonunda Saatlı Rayon İcra Hakimiyyətinə, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinə, Saatlı Gənclər və İdman İdarəsinə, Saatlı Rayon Təhsil Şöbəsinə, Saatlı Mədəniyyət Mərkəzinə,Saatlı Heydər Əliyev Mərkəzinə ay ərzində göstərilən dəstəyi görə təşəkkürünü bildirdi.

Tədbirin 2-ci hissəsində hər paneldə 3 qonaq olmaqla 2 panel keçirildi.

Birinci panel:
“Gənclərin könüllülük fəaliyyətinə cəlb olunması”
1.Saatlı Təhsil Şöbəsinin müdiri - Seyidağa Kazımov;
2. Saatlı Gənclər və İdman İdarəsinin rəisi - Elçin Qiyasov;
3. Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru – Əzizağa Quliyev.

İkinci panel:
“Tələbələrin həyatında ictimai fəaliyyətin rolu”
1.Saatlı Mədəniyyət Mərkəzinin əməkdaşı – Şərqiyyə Şahpələngova;
2. Saatlı Peşə məktəbinin nümayəndəsi – Qəmbərli Ülvi;
3.Saatlı Tibb Kollecinin nümayəndəsi - Vüsal Sultanov.

Panel iştirakçıları əvvəlcə təmsil edikləri qurumların fəaliyyəti və gələcək planları haqqında məlumat verdi,daha sonra tədbir iştirakçılarının sualları cavablandırıldı, təkliflərini dinlədilər.

Sonda Layihə çərçivəsində keçirilən bütün fəaliyyətlərdə qaliblər,iştirakçılar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.