“Sağlam gələcək namina sağlam ol” adlı layihə davam etdirilir
22 oktyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

22.10.2018-ci ildə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təkilatçılığı ilə həyata keçirilən “Sağlam gələcək namina sağlam ol” adlı layihə davam etdirilir.

Layihə çərçivəsində təlimlər aparmaq üçün dəvət etdiyimiz Saatlı Rayon Mərkəzi Xəstəxanasının tibb işçisi Nişanə Zeynalova gənc məktəblilər arasında təbliğat işini uğurla həyata keçirir.

Layihənin növbəti günündə S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak etdi. Layihə çərçivəsində şagirdlərə ilk olaraq sağlam həyat tərzi və sağlam həyat tərzi üçün lazım olan amillərdən bəhs edildi.

Daha sonra şagirdlərlə mövzu daxilində dəyirmi masa ətrafında müzakirələr aparıldı və şagirdlər mövzu ilə bağlı maraqlı fikirlər alındı.

Layihə mütamadi olaraq digər məktəblərin şagirdləri ilə də keçiriləcəkdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.