“Müstəqilliyimizin 27 ili rəsmlərdə” rəsm müsabiqəsi və sərgi
17 oktyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

17 oktyabr 2018 - ci il tarixdə 18 oktyabr-“Dövlət Müstəqilliyi Günü”nün qeyd olunması ilə əlaqədar gənclər arasında “Müstəqilliyimizin 27 ili rəsmlərdə” rəsm müsabiqəsi və sərgi keçirildi. Müsabiqədə tələbə gənclər, fəal gənclər, orta ümumtəhsil məktəb şagirdləri iştirak etdi. Baxşıyeva Züleyxa Fərhad qızı müsabiqənin qalibi seçildi. İlk 3 yeri tutan gənclər diplom və hədiyyələrlə mükafatlandırıldı. Sərgi 1 həftə ərzində nümayiş olunacaqdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.