“Xəmsə” Milli İntellektual oyunu üzrə “Müstəqillik Kuboku” intellectual bilik yarışması layihəsi
16 oktyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

16 oktyabr 2018 - ci il tarixdə 18 oktyabr-“Dövlət Müstəqilliyi Günü”nün qeyd olunması ilə əlaqədar gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə “Müstəqillik Kuboku” intellektual bilik yarışması layihəsinin final turu keçirildi. “Nirvana” komandası final yarışının qalibi olaraq “Müstəqillik kuboku”na sahib çıxdı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.