“Gənclər evi,Gənclərin evidir” devizi altında silsilə təqdimatlara start verilib.
10 oktyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

10 oktyabr 2018-ci ildə Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı Gənclər və İdman İdarəsinin və Saatlı Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktiv Saatlı Aylığı” layihəsinin fəaliyyət planına uyğun olaraq “Gənclər evi,Gənclərin evidir” devizi altında silsilə təqdimatlara start verilib.

İlk görüşümüz bu gün “Aktiv Saatlı Aylığı” layihəsi çərçivəsində həyata keçirilən “Nə? Harada? Nə zaman?” intelektual komanda oyununun qalibi, Saatlı rayon Valeri Əsgərov adına 4 saylı tam orta məktəbdə baş tutdu.

Tədbirdə məktəb rəhbərliyi,işçilər və şagirdlər, “Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri və Saatlı Gənclər Evinin əməkdaşları iştirak etdilər.

Tədbirdə çıxış edən “Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri Etiram Sadıqzadə qalib gələn komandanı təbrik edərək,digər şagirdlərə örnək olaraq missal göstərdi.

Daha sonra “Aktiv Saatlı Aylığı” layihəsi və Saatlı Gənclər evində gənclər üçün yaradılan digər xidmətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verərək,onların təkliflərini dinlədi,suallarını cavablandırdı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.