Sumqayıt Gənclər evində keçirilmiş “Valideyn və uşaq münasibətlərinin düzgün qurulması” adlı psixoloji seminar
13 sentyabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

13 oktyabr 2018-ci il tarixdə Sumqayıt Gənclər evində Gənclər evi və Unikal kurslarının birgə təşkilatçılığı ilə psixiloji seminar keçirilmişdir. Seminar müddətində psixiloq valideynlərlə və uşaqlararasında olan problemlərdən bəhs etmişdir. Seminarda valideynlərin uşaqlarla düzgün münasibət qurmasından və ixtisas seçimində uşaqların fikirlərini dəyərləndirməsindən danışıldı. Sonda psixiloq valideynləri maraqlandıran sualları cavablandırdı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.