"Ani Fantaziya" Rəsm Festivalının sərgisi
20 noyabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin təşkilati dəstəyi ilə 20 noyabr 2016-cı il tarixdə “Ani Fantaziya” Rəsm Festivalı çərçivəsində Sumqayıt şəhərində festivalın sərgisi təşkil edilmişdir.

Sərgidə 30 nəfər gəncin 13 noyabr tarixində keçirilən müsabiqə mərhələsində çəkdiyi rəsmləri nümayiş olunmuşdur. Sərgi çərçivəsində müsabiqənin mükafatlandırma mərasimi keçirilmiş, iştirakçılar sertifikatlarla təltif olunmuş və ilk üç yeri tutan gənclərə hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, festivalın müsabiqə mərhələsi 13 noyabr 2016-cı il tarixdə keçirilmişdir.

“Ani Fantaziya” Rəsm Festivalının keçirilməsində əsas məqsəd - istedadlı gənclərə öz bacarıqlarını, fantaziya və yaradıcılıqlarını göstərə biləcəkləri bir mühitin yaradılması, onların əl işlərinin sərgilənməsi və gənclər arasında incəsənətin təbliğindən ibarət olmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.