Sumqayıt Gənclər evində keçirilmiş könüllük müsahibəsi
12 sentyabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

12 oktyabr 2018-ci il tarixdə Sumqayıt Gənclər evində könüllük müsahibəsi keçirilmişdir. Müsahibədə iştirak etmək üçün müraciət etmiş gəncləri Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva və dərnək rəhbəri Lamiyə Ağayeva, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclər üzrə sektor müdiri Ceyhun Hüseynov və aparıcı məsləhətçi Əfsun Səmədov tərəfindən müsahibə götürülmüşdür. Müsahibədə 40-a yaxın gənc iştirak etmişdir. Müsahibədən uğurlu keçmiş gənclər Sumqayıt Gənclər evinin könülləri sırasına daxil edilmişdir. Seçilmiş gənclər 3 ay müddətində Sumqayıt Gənclər evində təşkilatı işlər üzrə fəaliyyət göstərəcəklər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.