“Hədəfin olsun!” layihəsi
05 sentyabr 2018 | Sabuncu rayonu, Azərbaycan Respublikası

Sabunçu Gənclər evi 2018-ci ilin sentyabr ayından “Hədəfin olsun!” layihəsinə start verib. Layihə üçün xüsusi bir müddət nəzərdə tutulmayıb. Mütəmadi olaraq ayda 1 və ya 2 dəfə gənclərin məhşurlarla görüşü keçiriləcək. Layihənin məqsədi gənclərə azərbaycanın uğurlu, daim öndə olan gəncləri, ulduzları ilə tanış edib onlara ilk olaraq motivasiya vermək və uğur qazanmağın yollarını öyrətməkdir.

5 sentyabr tarixində layihənin ilk qonağı Azərbaycanın gənc ixtiraçısı Reyhan Camalova olmuşdur. 53 gəncin iştirakı ilə keçirilən görüşdə Reyhan Camalovanın əldə etdiiy uğurlar, bu uğurları necə əldə etdiyi haqqında danışıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.