Erasmus Mundus Təqaüd proqramı seminarı
01 sentyabr 2018 | Sabuncu rayonu, Azərbaycan Respublikası

01 sentyabr tarixində Sabunçu Gənclər Evində xaricdə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulmuş Erasmus Mundus Təqaüd proqramı haqqında seminar təşkil edildi. Seminarda ətraflı olaraq verilən məlumatlar:

• Erasmus Mundus Master proqramları, ixtisaslar və müraciət qaydaları;
• Lazım olan sənədlər və onların hazırlanması yolları;
• Seçildikdən sonra yaranan çətinliklər və proseslər;
• Erasmus Mundus Alumni və onun üstünlükləri;

Həmçinin Youth Opportunities Platformu (Gənclər üçün təlim, seminar, təqaüd, təhsil elanları paylaşılan beynəlxalq sayt) barədə də məlumat verildi.

Seminar Erasmus Mundus “MA Sport Ethics and Integrity” proqramının tələbəsi və Youth Opportunities platformasının Azərbaycan üzrə Beynəlxalq Səfiri Vüqar Rüstəmli tərəfindən aparıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.