“Mənim çiçəkli palitram” adlı fərdi rəsm sərgisi
12 oktyabr 2018 | Şirvan şəhəri, Azərbaycan Respublikası

12 oktyabr 2018 - ci il tarixdə 18 Oktyabr-“Dövlət Müstəqilliyi Günü”nün qeyd olunması ilə əlaqədar Şirvan gənclər Evi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Ağamalıyeva Aysunun “Mənim çiçəkli palitram” adlı fərdi rəsm sərgisi keçirildi. Sərgidə mədəniyyət şöbəsinin əməkdaşları, Şirvan şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagirdləri, Şirvan Gənclər Evinin könüllüləri, orta ümumtəhsil məktəb şagirdləri iştirak etdilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.