“Aktiv Saatlı Aylığı” layihəsinin təqdimatı
17 sentyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

17 sentyabr tarixində Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı Gənclər və İdman İdarəsinin və Saatlı Gənclər Evinin birgə təşkilatşılığı ilə keçiriləcək “Aktiv Saatlı Aylığı” layihəsinin təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətdən danışaraq hər zaman Saatlı gəncliyin ölkə prezidentinin diqqət və qayğısı ilə əhatəlandiyini bildirdi.

Daha sonar çıxış edən Saatlı Gənclər və İdman İdarəsinin rəisi ElçinQiyasov ölkədə aparılan gənclər siyasətindən bu sahədə Saatlıda keçirilən tədbirlərdən danışaraq Saatlı gənclərin qazandığı uğurları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Saatlı Gənclər Evinin direktoru Əzizağa Quliyev GənclərEvində gənclər üçün yaradılan şəraitdən danışaraq hər zaman Gənclər evinin qapısının gənclərin üzünə açıq olduğunu bildirdi.

Tədbirin gedişində çıxış edən“Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri Etiram Sadıqzadə layihə çərçivəsində görüləcək işlərdən,həyata keçiriləcək layihələr haqqında ictimaiətə geniş məlumat verdi.

E.Sadıqzadə qeyd etdiki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsaslanan bu layihənin əsas məqsədləri yeni fəaliyyətə başlayan Saatlı Gənclər Evinə könüllülərin cəlb olunması,gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək,gənclərin bilik və bacarıqlarının eləcədə təəcrübələrinin artırılmasına nail olmaqdan ibarətdir.

Daha sonra Layihənin təyin olunan təşkilat komitəsi ilə dəyirmi masa arxasında görüş keçirildi,görüləcək işlər müzakirə olundu.

Gənclər evində olan fəliyyətlərlə yaxındam tanış olmaq,olmayan fəliyyətlər istiqamətində plan hazrlamaq, mübadilə proqramının daxili təqdimatını keçirmək layihə çərçivəsində görüləcək işlər barədə ictimaətə ətraflı məlumat vermək, ətraf mühütün qorunmas,gənclərin asudə vaxtlarını səmərəli keçirilməsinə şərait yaratmaq, gənclərə “İlkin biznes bacarıqları”nın aşılanması, debat metodologiyasının gənclər arasında geniş yayılması,gənclərin natiqlik bacarıqlarının aşılanması, gənclərdə özünəinam,özünü sübut etmək kimi bacarıqları yaratmaq və komanda ilə işləmə bacarığını formalaşdırmaq, “İlkin tibbi yardım”la bağlı məlumatların verilməsi insanların ilkin tibbi yardıma hazır olmalarını təmin etmek, gənclərin biliklərinin artırılması,mütailəyə olan marağın aşılanması və inkişaf etdirilməsi, gənclərin İnglis dilində danışma bacarıqlarının dahada təkminləşdirilməsi, “Sağlam bədəndə ruh olar” şüarının aşılanması gənclərin futbola olan marağının artırılması, yol hərəkət qaydalarının gənclər tərəfindən mənimsənilməsi və sosial qayğıya ehtiyacı insanlara kömək etməyin vətəndaşlıq borcu olduğunu cəmiyyətə aşılamaq, əl oyunlarına olan marağın artırılması, qızların sosial fəaliyyətini cəmiyyətdə artirmaq,asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək, gənclərin bilik və bacarıqlarının eləcədə dünya görüşlərinin artırılması, gənclərin vətənpərvərlik ruhlarının artırılması.hərbiçilərmizin psixoloji ruhunun gücləndirilməsi. “Aktiv Saatlı Aylığı” layihəsi çərçivəsində görüləcək işlər:

1)Gənclər evində olan fəaliyyətlərlə yaxındam tanış olmaq,olmayan fəliyyətlər istiqamətində plan hazırlamaq.

2)Mübadilə proqramının daxili təqdimatını keçirmək layihə çərçivəsində görüləcək işlər barədə ictimaətə ətraflı məlumat vermək.

2)Ətraf mühütün qorunması,gənclərin asudə vaxtlarını səmərəli keçirilməsinə şərait yaratmaq

3)Gənclərə İlkin Biznes Bacarıqlarının aşılanması.

4)Debat metodologiyasının gənclər arasında geniş yayılması,gənclərin natiqlik bacarıqlarının aşılanması.

5)Gənclərdə özünəinam,özünü sübut etmək kimi bacarıqları yaratmaq və komanda ilə işləmə bacarığını formalaşdırmaq

6)İlkin Tibbi Yardımla bağlı məlumatların verilməsi insanların İlkin Tibbi Yardıma hazır olmalarını təmin etmek.

7)Gənclərin biliklərinin artırılması,mütailəyə olan marağın aşılanması və inkişaf etdirilməsi.

8)Gənclərin İnglis dilində danışma bacarıqlarının daha da təkminləşdirilməsi.

9)”Sağlam bədəndə ruh olar” şüarının aşılanması gənclərin futbola olan marağının artırılması.

10)Yol hərəkət qaydalarının gənclər tərəfindən mənimsənilməsi və sosial qayğıya ehtiyacı insanlara kömək etməyin vətəndaşlıq borcu olduğunu cəmiyyətə aşılamaq.

11)Əl oyunlarına olan marağın artırılması.

12)Qızların sosial fəaliyyətini cəmiyyətdə artirmaq,asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək.

13)Gənclərin bilik və bacarıqlarının eləcə də dünya görüşlərinin artırılması.

14)Gənclərin vətənpərvərlik ruhlarının artırılması.hərbiçilərmizin psixoloji ruhunun gücləndirilməsi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.