Basic Life Skills layihəsinin növbəti mərhələsinə start verilib
09 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

ARGİN, UNICEF və Mingecevir Gencler Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən Basic Life Skills layihəsinin növbəti mərhələsinə start verilib. 17-24 yaş arası gənclərlə baş tutan təlimin mövzusu “Müsbət düşünmə” olub. Stresin və güclü emosiyanın öhdəsindən gəlməyin sağlam və qeyri-sağlam yollarının gənclərə öyrədilməsindən sonra mənfi düşüncələrdən müsbət düşüncələrə keçməyin üsulları gənclərin diqqətinə çatdırılıb. Daha sonra xanalarda verilmiş mənfi emosiyaları əks etdirən fikirləri müsbət, yaxud neytral fikirlərə çevirmək tapşırılıb. Gənclər bu mərhələdə öz düşüncələrini idarə etmək, bu düşüncələri özlərinin lehinə çevirmək bacarıqlarına yiyələniblər. Bundan əlavə həyatlarının müxtəlif mərhələlərində qarşılaşacaqları situasiyalar zamanı məsələnin həm müsbət, həm də mənfi tərəflərini verilmiş xanalarda qeyd edib, bu düşüncəni dəstəkləyici, müsbət düşüncəyə çevirməyin yollarını araşdırıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.