“Nə? Harada? Nə zaman?” intelektual komanda oyununun III seçim turu
27 sentyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı Gənclər və İdman İdarəsinin və Saatlı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən “Aktiv Saatlı Aylığı” layihəsi çəçivəsində təşkil olunan Saatlı Təhsil Şöbəsinin “Nə? Harada? Nə zaman?” intelektual komanda oyununun III seçim turu keçirilərək seçim turlarına yekun vuruldu.

Məlumat üçün qeyd edək ki, Saatlının ümümtəhsil orta məktəblərini əhatə edən, 24 sualdan ibarət olan iki mərhələ formatında keçirilən III seçim turunda daha yüksək nəticə toplayan 3 komanda final mərhələsinə vəsiqəni təmin etdi.

Bununla da,3 seçim turu həyata keçirildi və hər seçim turundan 3 komanda,ümümilikdə 9 komanda final oyununda iştirak üçün vəqsiqə əldə etdi.

Seçim turlarından finala vəsiqə qazanan komandalarla sizləri tanış edirik.

I seçim turu
1) Brain (Ə.Şüküroğlu adına Varxankənd tam orta məktəb)
2) Zirvə (Səməd Vurğun adına 1 saylı şəhər tam orta məktəb)
3) Xəzri (Valeri Əsgərov adına 4 saylı şəhər tam orta məktəb)

II seçim turu
1) Fearless ( A.Çoxoyev adına Fətəlikənd tam orta məktəb)
2) Dominant (Ə.Vəliyev adına Dədə Qorqud tam orta məktəb)
3) Biosfer (Ə.Əhmədov adına Qaracalar tam orta məktəb)

III seçim turu
1) Viktoriya (S.Ağamirzəyev adına Bəylər ümümi orta məktəbi )
2) Araz (Mollavazili ümümi orta məktəbi)
3) Xəmsə (Rasim Səfərov adına Qara Nuru tam orta məktəb)

Yekunda final mükafatlandırma mərasini keçiriləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.