"Fərdin şəxsi inkişafı Akademiyası" layihəsi çərçivəsində “İş müsahibəsi məsləhətlər” mövzusunda seminar
19 noyabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

UNICEF-in ölkə üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin Mingəçevir şəhər Gənclər Evində olmuşdur. İlk öncə qonağa şəhər Gənclər Evinin və gənclərinin fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Daha sonra cənab E.Karvardin, həmçinin UNİCEF-in Baki ofisinin nümayəndələri UNİCEF, Avropa İttifaqı və Gənclər üçün Təhsil Mərkəzinin birgə layihəsi çərçivəsində fəaliyyət göstərən “Aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı” Hüquqi Xidmət Mərkəzinin Mingəçevir Regional Ofisində mərkəzin nümayəndələri ilə görüş keçirmişlər. Görüşdə həmçinin layihənin 11 ayı müddətində görülmüş işlər, əldə edilmiş nəticələr və layihənin davamlılığı üçün səbəblər ətrafında birgə fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda Mərkəzin xidmətindən istifadə etmiş ailələrə səfər etmək qərarı alınmış və birlikdə qeyd edilən ailələrə baş çəkilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.