“Milli Debat Proqramının Təqdimatı, Debat Təlimləri” mövzusunda təlim kursu
25 sentyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

25.09.2018-ci il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin “Aktiv Saatlı Aylığı” layihəsi çərçivəsində həyata keçirilən “Milli Debat Proqramının Təqdimatı, Debat Təlimləri” mövzusunda təlim kursuna start verildi. Bu kimi təlim kurslarına başlamaqda məqsəd gənclərin natiqlik bacarığını aşkarlamaqdır. Etiram Sadıqzadə tərəfindən həyata keçirilən təlimlər ilk olaraq “Saatlı Gənclər Evi”nin işçiləri və könüllüləri arasında aparıldı. İlk əvvəl gənclərə debatın nə olduğu, debat metodologiyası haqqında məlumat verildi və müxtəlif slayd-şoular göstərildi. Son olaraq “gender məsələsi” müzakirə obyekti kimi gənclərin önünə qoyuldu və tərəflər mövzuya maraqlı fikirlər bildirdi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.