“Şərq musiqisinin atası Üzeyir Hacıbəyov” Gənclərin Musiqi Festivalı
18 sentyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

18.09.2018-ci ildə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Xanımbikə Əliyevanın ideyası əsasında, həmin müəssisəsnin iclas zalında dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum gününə və Milli Musiqi gününə həsr olunmuş tədbir baş tutdu. Tədbirə Saatlı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova, Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Sabirabad Regional Mədəniyyət və Turizmİdarəsinin Saatlı rayonu üzrə nümayəndəliyinin baş məsləhətçisiŞərqiyyə Şahpələngova dəvət olunmuşdur. Tədbirə Azərbaycan Respublikasının himni ilə start verildi, daha sonra qonaqlar bir-birinin ardınca çıxışlar edib bu gözəl gün münasibətilə zalda əyləşənləri təbrik etdi. Tədbir gedişində Üzeyir Hacıbəyovun repertuarına müraciət olunmuş və onun bəstələri “Bülbül” adına uşaq musiqi məktəbinin tələbələri tərəfindən uğurla tamaşaçılara nümayiş olunmuşdur. Son olaraq tədbir iştirakçıları içərisində fərqlənən şəxslər “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.