“Aktiv Saatlı Aylığı” layihəsinin Saatlı Tibb Kollecində və Saatlı Peşə Məktəbində təqdimatı
18-19 sentyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

18 -19 sentyabr 2018-ci il tarixlərində Rayon İcra Hakimiyyətinin, Saatlı Gənclər vəİdman İdarəsinin və Saatlı Gənclər Evinin birgə təşkilatşılığı ilə keçirilən “Aktiv Saatlı Aylığı” layihəsinin Saatlı Tibb Kollecində və Saatlı Peşə Məktəbində təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan“Aktiv Saatlı Aylığı” layihəsinin rəhbəri Etiram Sadıqzadə layihə çərçivəsində görüləcək işlərdən,həyata keçiriləcək layihələr haqqında tələbələrə geniş məlumat verdi.

E.Sadıqzadə qeyd etdiki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2017-ci ilin sentyabr imzalamış olduğu “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərin əsaslanan bu layihənin əsas məqsədləri yeni fəaliyyətə başlayan Saatlı Gənclər Evinə könüllülərin cəlb olunması ,gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, gənclərin bilik və bacarıqlarının eləcədə təəcrübələrinin artırılmasına nail olmaqdan ibarətdir.

Daha sonra tələbələrin layihə ilə bağlı təklifləri dinlənildi.

Tədbirlərin gedişində çıxış edənlər - Saatlı Gənclər Evinin əməkdaşları Sadər Mirzəyeva, Xanımbikə Əliyeva, Babayeva Şəfəq, Sultanova Arzu, Heydərova Aydan GənclərEvində gənclər üçün yaradılan şəraitdən danışaraq hər zaman Gənclər evinin qapısının gənclərin üzünə açıq olduğunu bildirdi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.