“Aktiv Saatlı Aylığı” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intelektual komanda oyununa start verildi
20 sentyabr 2018 | Saatli rayonu, Azərbaycan Respublikası

Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı Gənclər və İdman İdarəsinin və Saatlı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən “Aktiv Saatlı Aylığı” layihəsi çəçivəsində “Nə? Harada? Nə zaman?” intelektual komanda oyununa start verildi.

20.09.2018-ci iltarixindəSaatlının 8 ümüm təhsil orta məktəblərini əhatə edən ilk seçim turu keçirildi.

24 sualdan ibarət olan iki mərhələ formatında keçirilən yarışın nəticəsinə əsasən ən çox xal toplayan 3 komanda final mərhələsinə vəsiqə zamandı.

Məlumat üçün qeyd edək ki,3 seçim turu keçiriləcək hər seçim turumdan 3 komanda, ümümilikdə 9 komanda final oyununda iştirak edəcək.

Yekunda final mükafatlandırma mərasini keçiriləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.