5 oktyabr “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş müəllimlərin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intelektual komanda oyunu
05 oktyabr 2018 | Saatli rayonu, Azərbaycan Respublikası

Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı Gənclər və İdman İdarəsinin və Saatlı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən“Aktiv Saatlı Aylığı” layihəsi çəçivəsində Saatlı Təhsil Şöbəsinin dəstəyi ilə təşkil olunan 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş müəllimlərin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intelektual komanda oyunu keçirildi.

Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin Humanitar Məsələlər üzrə müavini Reyhan Ocaqova,daha sonra çıxış edənlər – Saatlı Gənclər Evinin direktoru Əzizağa Quliyev,“Aktiv Saatlı Aylığı” layihəsi rəhbəri Etiram Sadıqzadə,”Bülbül” adına uşaq musiqi məktəbinin direktoru Ramella Abışova hər kəsi salamladılar,“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə bütün müəllimləri təbrik edərək, bütün komandalara uğurlar arzuladılar.

Saatlının ümümtəhsil orta məktəblərini,idarə və təşkilatları əhatə edən yarışda ümumilikdə 8 komanda mübarizə apardı.

24 sualdan ibarət olan iki mərhələ formatında keçirilən yarışda daha çox fəallıq göstərərək ilk 3-lüyü tutan komandalar aşağıdakılardır

1-ci yer – “Yüksəliş” komandası ( Sarıcalar kənd tam orta məktəb )
2-ci yer - “Babək” komandası ( Varxan kənd tam orta məktəb )
3-cü yer–“Ümid”komandası (Hacı qasımlı kənd tam orta məktəb)

Bütün iştirakçılar və qalib komandalar “Aktiv Saatlı Aylığı” layihəsinin mükafatlandırma və bağlanış mərasimin də təltif olunacaqlar!





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.