Ümummilli lider Heydər Əliyev: “Mən müəllimdən yüksək ad tanımıram”
01 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

01 oktyabr 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “Elm və təhsil” dərnəyinin rəhbəri Humay Baxışovanın təşkilatçılığı ilə 05 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə müəssisədə təhsil alan gənclər və onların valideynləri iştirak edib. Ümummilli lider Heydər Əliyevin: “Mən müəllimdən yüksək ad tanımıram” – sözlərini səsləndirən Humay Baxışova müəllimlərin həyatımızdakı əvəzsiz rolundan danışıb. Daha sonra rəqs müəllimi Aygün Gənciyevanın tələbələri öz məharətlərini göstərib, Aydan, Aysel və Gülnarənin ifasında ispan, avar və hind rəqsləri nümayiş olunub. Sonda Gitara kursunun kiçik tələbəsi Gülərin ifasında “Sen İstanbulsun” musiqisi səsləndirilib.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.