Mingəçevir Gənclər Evi II-VIII sinif şagirdləri üçün sınaq imtahanı keçirib
30 sentyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

30 sentyabr 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin "Elm və təhsil" dərnəyi tabeliyində fəaliyyət göstərən "Elm və İnkişaf Mərkəzi"nin II-VIII sinif şagirdləri arasında yeni tədris ilinin ilk sınaq imtahanı keçirilib. İmtahanda ilk üç yeri tutan şagirdlərə Mingəçevir Gənclər Evi tərəfindən hədiyyə və təltifnamələrin verilməsi nəzərdə tutulub. Mükafatlar şagirdlərə təhsil aldıqları məktəblərdə təqdim olunacaq. Nəticələr 02 oktyabr 2018-ci il tarixində 15:00-da elan ediləcək.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.