Mingəçevirdə hüquq pozuntularından danışılıb
02 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” tədbir keçirilib. Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, psixoloqlar iştirak edib. Mingəçevir şəhər İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə kommisiyanın məsul katibi Tərlan Əliyeva “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” mövzusunda öz fikirlərini səsləndirib.Müzakirələr zamanı psixoloqları maraqlandıran suallar cavablandırılıb.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.