“Əsas həyat bacarıqları” layihəsi çərçivəsində “Emosional tənzimləmə” mövzusunda təlim
06 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

ARGİN, UNICEF və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən BasicLifeSkills layihəsinin növbəti təlimi baş tutub. 17-24 yaş arası gənclərin iştirak etdiyi təlimin növbəti mövzusu “Emosional tənzimləmə” olub. Təlimdə stress dalğaları, stresin və güclü emosiyanın öhdəsindən gəlməyin sağlam və qeyri-sağlam yollarından danışılıb





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.